Millimizin rəqibi bəlli oldu

18:00 01.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin III MDB Oyunlarının finalında qarşılaşacağı rəqib müəyyənləşib.

Hafta.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu yığma həlledici oyunda Özbəkistanı 2:1 hesabı ilə məğlub edən Rusiya seçməsi ilə üz-üzə gələcək.

Final matçı oktyabrın 4-də keçiriləcək.