Müdafiə Nazirliyi: İraq ərazisindən edilən dron hücumlarının qarşısı alınıb

17:12 27.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri son bir neçə saat ərzində Şərq əyaləti və Ər-Riyaddakı neft obyektlərini hədəf almağa cəhd edən bir neçə dronu tutub məhv edib.

Hafta.az yazır ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi sözçüsü, general-mayor Turki əl-Maliki bildirib.

General-mayor əl-Maliki izah edib ki, bu hücum cəhdləri İraq ərazisindən qaynaqlanır və İranın dəstəklədiyi terrorçu milislər tərəfindən həyata keçirilib. O, Krallığın özünü və aktivlərini müdafiə etmək üçün ayrılmaz hüququnu, eləcə də uyğun vaxtda və yerdə cavab vermək hüququnu vurğulayıb.