Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinə dair videoçarx hazırlanıb

11:15 12.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan tanınmış gənc müğənnisi Yernar Sadırbayev (Əmre) Polad Bülbüloğlunun məşhur “Gəl ey səhər” mahnısını ifa edib.

Hafta.az-ın yazdığına görə, bu əlamətdar günlə əlaqədar hazırlanmış videoçarxda iki qardaş ölkənin ən gözəl məkanları təqdim olunur.

Y.Sadırbayev 12 yanvar 1995-ci il tarixində Nur-Sultanda doğulub. O, Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasının məzunudur. Pop-klassik, Pop, R&В, Latino və digər üslublarda çıxış edir. O, “Delfi oyunları – 2011”, “Boztorqay” və “Torağay” müsabiqələrində çıxış edib, Milanda keçirilən “Ekspo” sərgisində iştirak edib və “Yeni Dalğa” müsabiqəsində “Qazaxıstanın Səsi” qrupunun üzvü olub. Y.Sadırbayev bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

Qeyd edək ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi avqustun 27-də qeyd edilir.

 
Oxunma sayı 287