Ukrayna səfirinin xanımı uşaq rəsmləri xeyriyyə müsabiqəsinin qalibləri ilə görüşüb

13:00 03.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Ukraynanın Azərbaycandakı Səfirinin xanımı Lyudmila Qrebeniçenko ölkəmizin müxtəlif bölgələrindən olan uşaqların fəal iştirak etdiyi uşaq rəsmləri xeyriyyə müsabiqəsinin qalibləri ilə görüşüb.
 
 
Hafta.az-ın yazdığına görə, Ukrayna, ukraynalı uşaqlar, eləcə də Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan möhkəm və səmimi dostluq balaca rəssamların öz rəsmlərində təsvir etdiyi əsas mövzuya çevrilib.
 
 
Müsabiqənin iştirakçıları Rusiya işğalçılarının şəhər və qəsəbələrini atəşə tutması, bombalaması nəticəsində hər gün təhlükə ilə üzləşən ukraynalı uşaqlara dəstək və həmrəylik nümayiş etdirmək üçün böyük maraq və təxəyyül nümayiş etdirərək maraqlı layihəyə çox yaradıcı yanaşıblar. Bu məqəsdlə səfirlik qaliblər Emiliya, Məryəm və Mədinəni təbrik edib, müsabiqədə iştirak edən 50-dən çox iştirakçıya isə səmimi təşəkkürlərini çatdırıblar.
 
 
Qeyd edək ki, yaradıcılıq tədbirinin təşəbbüskarı Azər Əlizadə və Sərxan Şərəfdir. Uşaqlara maraqlı sürprizləri hazırlayanlar isə Bəhram Arif Bagirzadə və Fəxrəndə Həsənzadədir.
Oxunma sayı 312
Mədəniyyət rubrikasından digər xəbərlər