Belçika səfirliyi işə qəbul üçün kadr axtarır

10:05 07.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belçikanın Azərbaycandakı səfirliyi işə qbulla bağlı vakansiya elan edib.

Hafta.az-ın yazdığına görə, səfirliyin facebook səhifəsində yazılır ki, “sosial administrativ vəzifəli (F/M) sıralarımıza qoşulmaq üçün ehtiraslı, proaktiv, açıq fikirli və dəqiq bir şəxsi işə qəbul edir”.

Tam ştatlı işə qəbulda seçiləcək yeni kadrla 1 illik bərpa olunan müqavilə imzalanacaq.

İşə qbul olunmaq istəyənklər Azərbaycan dilini mükəmməl, ingilis dilini isə şifahi və yazılı şəkildə bilməlidir. Üstəlik, Səfirliyin iqamətgahı Bakıda yerləşsə də, əslində Azərbaycanla yanaşı Gürcüstan və Türkmənistanda da fəaliyyət göstərdiyi üçün, rus, gürcü, türkmən və ya Belçikanın milli dillərindən hər hansı birini bilmək yeni seçiləcək kadra üstünlük verəcək. Çünki seçilmiş namizədlər dil bacarıqları üzrə qiymətləndiriləcək.

Müraciət etmək istəyənlər maksimum 300 sözdən ibarət qısa motivasiya məktubu, fransız, holland və ya ingilis dilində yazılmış CV və diplomun surətini [email protected] ünvanına göndərməlidir.

Ərizələrin qəbulu may ayının 1-də başa çatır.

Elanda qeyd edilir ki, Belçikanın Azərbaycandakı səfirliyi hamı üçün bərabər imkanlara böyük əhəmiyyət verir. Buna görə də irq, cinsiyyət, din, yaş və əlilliyindən asılı olmayaraq bütün ixtisaslı şəxslərin müraciətlərini qəbul edir.

İşin tam təsviri ilə https://azerbaijan.diplomatie.belgium.be səhifəsində tanış olmaq olar.