Azərbaycanda qaz hazilatı artıb

16:26 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3 faiz artaraq 24 min metr təşkil edib.

Hafta.az SOCAR-ın cari ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabatına istinadla xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft (illik müqayisədə 3,3 faiz azalma), 1,8 milyard kubmetr qaz (illik müqayisədə 9,5 faiz azalma) hasil olunub.

Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 12,8 milyard kubmetr təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan çox xam neft (illik müqayisədə 2,8 faiz azalma) hasil olunub.