Həftəsonu Bakıda təşkil olunan stasionar postların sayı açıqlandı

15:00 08.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar ötən həftəsonu Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdiriblər.

Hafta.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindənUnikal.org-a verilən məlumata görə, paytaxtın inzibati ərazisi, küçə və prospektləri yol polisi tərəfindən tam nəzarətə götürülüb:

"Bunun üçün 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib. Bu dövr ərzində ciddi qanun pozuntusu qeydə alınmayıb. Buna aparılan təbliğat işləri sayəsində nail olunub".