Yazını böyüt
Yazını kiçilt
"Bir qədər əvvəl koronavirusdan müalicə alan deputat həmkarım Sahib Alıyevlə telefonla danışdım. Hal-əhvalını, müalicəsinin gedişatı ilə maraqlandım, hamının onun tezliklə sağalmasını arzuladığını və ona can sağlığı arzuladığını söylədim".
Bunu hafta.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, həmkarının sağlıq durumunda irəliləyiş var:
"Bildirdi ki, artıq sağalmağa doğru gedir, bu dövrdə hər kəsin onunla maraqlanmasına yüksək qiymət verir. Ölkəmizdə kronavirus müalicəsinin yüksək səviyyədə qurulmasının özü şahidi olduğunu da vurğuladı".