Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıb

16:39 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir.

Hafta.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

-həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

 

 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

 -nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

 -ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

 -muzey və sərgi zallarının fəaliyyəti;

 -bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

 -açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

 

Oxunma sayı 2740
Gündəm rubrikasından digər xəbərlər