Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

19:53 09.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Hafta.az xəbər verir ki, bu barədə apa-ya Xalq artistinin özü məlumat verib.

Onun sözlərinə görə, 15 gün ev şəraitində müalicə alacaq, daha sonra isə yenidən 1 həftəlik xəstəxanaya yerləşdiriləcək.

Qeyd edək ki, o, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.