TƏBİB-dən ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət

14:34 08.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edənlərə tövsiyyə edib.

Hafta.az xəbər verir ki, müraciətdə TƏBİB sərnişinlərə COVID-19 infeksiyasının yayılmasının azalması üçün xəstə olduqları halda evdən çıxmamağı məsləhət görüb.

Bununla yanaşı qurum digər vacib qaydalara riayət olunmasını da tövsiyə edir:

- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin;

- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin.