Daxili İşlər Nazirliyinin məlumatına görə, 13 mart tarixinə Türkiyədə yaşamaq icazəsi ilə məskunlaşan əcnəbilərin sayı 1 milyon 76 min 643 nəfər olub.
Hafta.az-ın yazdığına görə, Türkiyədə 120301 türkmən, 84085 Azərbaycan, 81635 Rusiya, 76601 İran, 73178 Suriya, 68341 İraq, 58208 Özbəkistan, 43934 Qazaxıstan, 36897 Əfqanıstan və 32785 Ukrayna vətəndaşı yaşayır.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra hər iki ölkədən sıx mühacir qəbul edən Türkiyədə 114420 rus və ukraynalı oturma icazəsi ilə yaşamağa davam edir. Üç ildən artıq davam edən münaqişə zamanı Türkiyədə yaşamaq icazəsi olan rus və ukraynalıların sayı 2022-ci illə müqayisədə təxminən yarıya qədər azalıb.
24 fevral 2022-ci ildə başlayan müharibədən sonra bu rəqəm 19 yanvar 2023-cü ildə 201533, 31 dekabr 2023-cü ildə isə 137829 olaraq qeydə alınıb. Bu tarixlərdə Rusiya vətəndaşlarının sayı 154297-dən 100084-ə, Ukrayna vətəndaşlarının sayı isə 47236dan 36982-yə enib.
Türkiyədə yaşamaq icazəsi olan Rusiya vətəndaşlarının sayı 81635 nəfər, yəni 32785 nəfər olan Ukrayna vətəndaşlarının sayından təxminən 2,5 dəfə çoxdur. Türkiyədə qısamüddətli yaşayış icazəsi olan Rusiya vətəndaşlarının sayı 41803, Ukrayna vətəndaşlarının sayı isə 21454 olaraq qeyd edilib.
Rusiya vətəndaşları Türkiyədə ailəvi yaşamaq icazəsi olan ən çox əcnəbidir. Türkiyədə ailəv yaşamaq icazəsi olan əcnəbilərin siyahısı belədir: “Rusiya 16469, Ukrayna 6570, Özbəkistan 15629, Azərbaycan 14402, Türkmənistan 10121, Mərakeş 9122, İran 8435, Suriya 6864, Qırğızıstan 5330, İraq 4945.
Pandemiya və müharibədən sonra sıx miqrasiya görən vilayətlərdən biri olan Antalyada 19 yanvar 2023-cü ildə 157575 olan şəhərdə oturma icazəsi olanların sayı 31 dekabr 2023-cü ildə 1170 52, 31 mart 2023-cü ildə isə 108506 nəfərə enib.