“Mən hər zaman proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan heyvandarlıq məhsulları ilə özünü təmin edəcək. Çünki işğaldan azad olunmuş ərazilərdə böyük fermalar yaradıla bilər. Həmin ərazilərdə geniş potensial var. Lakin hələlik biz bunu görmürük. Heyvandarlıq isə get-gedə zəifləyir. Düzdür, bu sahənin müəyyən monopolistlərin əlində cəmləşməsi də müşahidə olunur. Lakin ölkənin yağ bazarı xaricdən aslılıqdan azad olmur".
Bu fikirləri Hafta.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycana 10-dan çox ölkədən kərə yağı gətirilir. Eyni zamanda, ölkədə kərə yağı altında satılan xeyli saxta yağ var:"Bu istiqamətdə hökumətin effektli kənd təsərrüfatı siyasəti olmalıdır. Heyvandarlıq inkişaf etdirilməlidir. Müşahidələr göstərir ki, otlaq yerləri yox dərəcəsində olduğundan insanlar bu sahədən uzaqlaşırlar. Ölkədə daxili istehsalın zəif olması isə yağın qiymətini get-gedə artırır. Bunun zərbəsi də istehlakçıya dəyir”.