Karantin rejiminin sərtləşdirildiyi ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və qaydalarına əməl etməyən valideynlər övladları ilə əyləncə məkanlarının birinə üz tutublar.
Hafta.az-a daxil olan videogörüntülərdən aydın olur ki, əyləncə gecə saatlarına qədər davam edib. Videonun sərt karantin rejiminin tətbiq edildiyi saatlarda çəkildiyi iddia olunur. Bildirilir ki, Gəncənin Bayraq Meydanı yaxınlığındakı parklarından birində (keçmiş Qatır Məmməd bağı) qeydə alınıb.
Azyaşlı uşaqların da qatıldığı şənlik və əyləncə proqramında gənc valideynlərin pandemiyaya qarşı vecsizliyi nəzərə çarpır.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqlarında zərurət olmadıqda azyaşlı uşaqlarla insanların sıx olduğu yerlərə getməmək tövsiyyə olunur.