Şəmkir şəhəri Fərman Salmanov adına şəhər tam orta məktəbinin (keçmiş Nizami Gəncəvi adına orta məktəb) bu ilki məzunları ölkədə tətbiq olunan qadağaları pozaraq təmtəraqlı “Son zəng” keçiriblər.
Hafta.az-a daxil olan məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bütün ölkə ərazisində təmtəraqlı “Son zəng” mərasimlərinin qadağan olunduğu bir vaxtda Şəmkirdəki adıçəkilən məktəbin məzunları qadağanı pozublar. Məzunlar son dəfə bir araya gəliblər. Onlar müğənni Aqşin Fatehin "Son zəng" mahnısının sədaları altında xatirə fotoları çəkdiriblər.
Hətta bu barədə “Damla Wedding” adlı təşkilatçı qrup özünün “İnstaqram” səhifəsində “Mənim dəyərli məzunlarım” başlığı ilə video paylaşıb. “Son zəng” mərasimini məktəbin müəllimlərinin təşkil etdiyi iddia olunur.
Qeyd olunur ki, mərasim Şəmkir şəhərindəki şadlıq saraylarından birində gerçəkləşib.