Sabah Zabratda su kəsiləcək

10:42 10.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar aprelin 11-də saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) hafta.az-a bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.