Yazını böyüt
Yazını kiçilt
Ötən il ən çox yeni iş yeri Xankəndidə (702), ən az yeni iş yeri isə Ağdərə (9) yaradılıb.
Yeni iş yerlərinin yaradılmasında ən çox artım olan rayon isə Xocalı rayonu olub. Belə ki, bu rayonda ötən il 232 yeni iş yeri yaradılıb ki, bu da, illik müqayisədə 38,6 dəfə çoxdur. 2023-cü ildə Xocalıda yaradılmış yeni iş yerlərinin sayı 6 vahid olub.
2023-2024-cü illərdə işğaldan azad edilmiş rayonlarda yaradılmış iş yerlərinin sayı aşağıdakı cədvəldə göstərilib:
| S/N | Rayonlar | 2024 | 2023 |
| 1 | Xankəndi | 702 | 0 |
| 2 | Laçın | 471 | 625 |
| 3 | Şuşa | 352 | 275 |
| 4 | Xocalı | 232 | 6 |
| 5 | Ağdam | 220 | 135 |
| 6 | Kəlbəcər | 202 | 28 |
| 7 | Cəbrayıl | 146 | 64 |
| 8 | Zəngilan | 93 | 26 |
| 9 | Füzuli | 73 | 52 |
| 10 | Qubadlı | 41 | 8 |
| 11 | Xocavənd | 34 | 52 |
| 12 | Ağdərə | 9 | 0 |
| 13 | Cəmi | 2 575 | 1 271 |